Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

“Qarabağ” və “Qəbələ” meydana çıxır


"Qarabağ" azarkeşləri

-

Dekabrın 10-da “Qarabağ” və “Qəbələ” UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun oyunlarını keçirəcək.

“Anderlext”lə qarşılaşacaq “Qarabağ” növbəti mərhələyə yüksəlmək üçün rəqibini məğlub etməlidir. Amma klubun taleyi həm də "Monako”-“Tottenhem”oyunundan asılı olacaq.

Fransa klubu “Totenhem”in qələbəsi “Qarabağ”ın 1/16 finala yüksəlməsinə əngəl yarada bilər.

Brüsseldə keçiriləcək oyun Bakı vaxtilə saat 00.05-də başlayacaq.

“Qəbələ” isə Bakıda “Krasnodar”la qarşılaşacaq və oyunun nəticəsindən asılı olmayaraq turnirdə çıxışını dayandırmalı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 22-də 8-ci km qəsəbə stadionunda start götürəcək.

XS
SM
MD
LG