Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:24

Aydınlanmanın şüarı: "Bilmə cəsarəti göstər"


-

"Kant, romalı şair Horasdan borc aldığı “Sapere aude!” (“bilmə cəsarəti göstər”) ifadəsini Aydınlanmanın şüarı kimi təqdim edir."

Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin kitab köşəsi

Dorinda Outram'ın “Aydınlanma” kitabı haqqında

Yalçın İslamzadə
Yalçın İslamzadə

Immanuel Kanta görə, “Aydınlanma, insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilasıdır. Yetkin olmamaq - başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilmək bacarığının olmamasıdır”.

Kant, romalı şair Horasdan borc aldığı “Sapere aude!” (“bilmə cəsarəti göstər”) ifadəsini Aydınlanmanın şüarı olaraq təqdim edir.

Fransız eksiklopediyasından bir təsvir. Mərkəzdəki fiqur həqiqət, sağdakı iki fiqursa pərdəni çəkərək həqiqətin üzərinə parlaq işıq (Aydınlanmanın mərkəzi simvolu) salan ağıl və fəlsəfədir.
Fransız eksiklopediyasından bir təsvir. Mərkəzdəki fiqur həqiqət, sağdakı iki fiqursa pərdəni çəkərək həqiqətin üzərinə parlaq işıq (Aydınlanmanın mərkəzi simvolu) salan ağıl və fəlsəfədir.

Moses Mendelssohn'a (1729-1786) görə, “Aydınlanma, insan ağlının istifadəsinə dair hələ tamamlanmamış və hamıya açıq olmalı bir təhsil proyektinin adıdır.

Buna görə Mendelssohn, aşağı təbəqədən insanlar arasında Aydınlanma fikirlərini yaymağı qarşısına məqsəd qoymuş “populyar fəlsəfə” cərəyanını dəstəkləyirdi.

Sayları 100-dən çox olan 18-ci əsr fransız ensiklopediyaçı yazarlar, bilginin demokratikləşməsi tərəfdarı idilər və nəşr etdikləri ensiklopediyalarda əlifba sırası ilə dövrün bütün bilgilərini hər kəsin anlayacağı şəkildə açıqlamağa çalışırdılar.

Elmi və sekulyar düşüncənin yayılması, tolerantlıq, açıqfikirlilik və rasionallıq ideyalarının geniş kütlələrcə mənimsənməsi də enksiklopediyaçı yazarların məqsədləri arasında idi.

Dorinda Outram
Dorinda Outram

Dorinda Outram, Rochester Universitetinin tarix professorudur,

Aydınlanma dövrü üzrə ixtisaslaşmışdır, “Bədən və fransız inqilabı”, “Elm qadınları” və fransız naturalisti, ilk paleontoloq sayılan Georges Cuvier'in həyatından və dövründən bəhs edən “Georges Cuvier” kitablarının müəllifidir.

Kitabda modern dünyanın formalaşmasında tarixin ən əhəmiyyətli dövrlərindən biri olan, gender bərabərliyi, köləliyin ləğvi, azadlıq, inkişaf, rasionalizm, kilsə və dövlətin ayrılması ideyalarının eyni anda və intensiv müzakirə edildiyi dövr haqqında ətraflı məlumat verilir, bu ideyaları təbliğ edən müəlliflər və onların vacib əsərləri dövrün siyası kontekstində təqdim olunur.

18-ci əsr Fransız Ensiklopediyasının üz qabığındakı rəsm
18-ci əsr Fransız Ensiklopediyasının üz qabığındakı rəsm

Aydınlanmanın yaranmasında kofe evləri kimi ictimai məkanların rolu, aydınlanma hərəkatı ilə siyasi və dini iqtidarlar arasındakı münasibət, kolonializm, fərqli mədəniyyətlər arasındakı münasibətlər, köləlik əleyhdarlığı və gender bərabərliyi arayışları, elm və aydınlanma arasındakı əlaqələrə dair araşdırmalar təqdim olunur.

Əgər Renesans, Orta Əsrlərə emosional və karyerist üsyan, insan və dünyanın diqqət mərkəzinə alınması idisə, Aydınlanma və Elmi İnqilab dövrləri insan ağlının hər sahəyə çəkinmədən tətbiqi idi.

Modern dövrün təməllərinin qoyulduğu bu iki dövr, modernizmlə orta əsrlər arasında qalan cəmiyyətlərin aydınlarının dərindən araşdırmalı olduqları düşüncə dövrləridir.

XS
SM
MD
LG