-
Rusiyalı biznesmen və vəkil Dmitry Shumkov Moskvada ofisində ölü tapılıb, onun intihar etdiyi iddia olunur.
2012-ci ildə prezident seçkilərində Vladimir Putin-in kampaniyasında iştirak edən Shumkov dekabrın 4-də dəbdəbəli binadakı ofisdə asılmış vəziyyətdə tapılıb.
Şahidlər onu ölü tapılmazdan əvvəl binada görüblər və deyirlər ki, Shumkov heç də həyəcanlı görünməyib.
O, 1972-ci ildə Sarapulda doğulub. 1990-cı illərdə federal prokurorluqda işləyib, sonra özünün hüquq firmasını təsis edib.
Shumkov-u Moskvanın mərkəzində binaların yenidən qurulması və təmiri ilə bağlı investisiya layihələri maraqlandırıb.
Shumkov-un həm də MoskvadaOlimpiya idman kompleksində və Norilsk mis və nikel zavodunda payı var idi.