Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 13:13

Dekabrın 1-də Yerevanda konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı mitinq başlayəb.

Müxalifətdə olan “Yeni Ermənistan” hərəkatının təşkil etdiyi aksiya Azadlıq meydanında başlayıb.

Onlar prezident Serz Sargsyanın istefasını tələb edib və digər şüarlar səsləndiriblər.

Aksiyaçılar həmçinin yeni prezident və parlament seçkiləri keçirilməsini tələb ediblər.

Təşkilatçılar tələbləri yerinə yetirilməyincə aksiyanın davam etdiriləcəyini deyirlər.

Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG