Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:47

Çindən Azərbaycana qatarlar


İllüstrasiya
İllüstrasiya

►Yeni nəqliyyat konsorsiumu yaradılır

“Gürcüstan Dəmir Yolu” məlumat verir ki, Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan Asiyadan Avropaya yüklərinn daşnması üçün konsorsium yaratmaq niyyətindədir.

Noyabrın 30-da İstanbulda Logitrans illik beynəlxalq nəqliyyat-logistika sərgisi çərçivəsində Çin-Türkiyə-Avropa Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) inkişaf imkanları və perspektivlərinin təqdimatı keçirilib.

“Trans Caucasus Terminals” şirkətinin direktoru Levan Sulaberidze deyib ki, layihə çərçivəsində gələn il ərzində Gürcüstan ərazisindən bir neçə min konteynerin ötürülməsi planlaşdırılır.

“Yaxın gələcəkdə bu yolla mallar Türkiyə istiqamətinə göndəriləcək, gələn ildənsə mallar Ukraynadan keçməklə Şimali və Şərqi Avropaya ötürüləcək,” - deyə o qeyd edib.

Suleberidze əlavə edib ki, tərəflər ilk sınaq qatarının Çindən Avropaya göndərilməsi, habelə həmin istiqamətdə konteyner servisinin başlanması barədə razlğa gəliblər.

Buna da bax: Türkiyə pilotun meyitini qaytardı- [Fotolar]

Əsas məqsədi üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək və Avropayla Asiyanı əlaqələndirməklə birbaşa xarici investisiyalar cəlb etmək olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin 600 milyon dollara başa gəldiyi bildirilir. Yolun Türkiyə seqmentinin uzunluğu 76, Gürcüstan seqmentininki isə 29 km-dir.

Bakı-Tbilisi-Qars dəmir yolunun ilkin mərhələdə bir milyona qədər sərnişini və 6.5 milyon ton yükü daşıyacağı gözlənilir.

2030-cu ilə qədərsə bu yolun təqribən 17 milyon ton yük və üç milyona qədər sərnişin daşıyacağı gözlənilir.

XS
SM
MD
LG