Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:57

Türkiyə pilotun meyitini qaytardı- [Fotolar]


Türkiyə - Türkiyənin vurduğu rus təyyarəsinin pilotu Oleg Peshkovun meyiti ölkəsinə yola salınır. Meyit Ankaradakı Esenboga hava limanında rus təyyarəsinə qoyulur. 30 noyabr, 2015
Türkiyə - Türkiyənin vurduğu rus təyyarəsinin pilotu Oleg Peshkovun meyiti ölkəsinə yola salınır. Meyit Ankaradakı Esenboga hava limanında rus təyyarəsinə qoyulur. 30 noyabr, 2015

►Ötən həftə Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotunun meyiti Rusiyaya göndərilib.

Ankaradan gələn xəbərlərə görə, pilotun meyiti noyabrın 29-da Suriyadan Ankaraya, bazar ertəsi isə oradan Rusiyaya göndərilib.

Türkiyə təyyarəni noyabrın 24-də vurub, Su-24 bombardmançısının xəbərdarlıqlara baxmayaraq hava məkanını pozduğunu bildirib.

Rusiya bunu təkzib edir.

Hər iki pilot paraşütlə tullansa da, onlara suriyalı üsyançılar tərəfindən atəş açılıb. Pilotlardan biri Oleg Peshkov həlak olub.

Moskva Ankaraya sanksiyalar elan edib.

XS
SM
MD
LG