Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Nadir Kitablar Fonduna konyukturaya uyğun kitablar qoyulur


Axundov adına kitabxana
Axundov adına kitabxana

-

"Bu fondun adının deyəsən, kimlərçünsə birbaşa mənasından əlavə, xüsusi prestiji var."

Nərmin Kamal

Kitabxanaçı müstəqilliyi

Kitabxanaçı müstəqilliyi də mətbuatın müstəqilliyi qədər vacib məsələdir. Hər nə qədər dərsinə gedib biblioqrafiya, kataloqlaşdırma oxuyursansa oxu, axırda kim sənə zəng edib hansı kitabı hansı bölməyə, hansı diski hansı kataloqa qoymağa göstəriş verirsə, onda üzə çıxır sənin oxuduğun qayda-qanun puç imiş.

M.F.Axundov adına Milli Kitabxana sovet vaxtı qurulub. Bu kitabxananın arxivi sovet dövründə konyukturaya uyğun kitablardan tərtib olunmuşdu. Bugün də belədir.

Ona görə yox ki, kitabxananın zallarında üzərində hakim ailə üzvlərinin fotoları olan yeni çıxmış jurnallar düzülür. Konyuktura özünü kitabxananın dibində, Nadir Kitablar Fondunda da göstərir.

Nadir Kitablar Fondunda hansı kitablar olmalıdır? Necə deyərlər, adından göründüyü kimi. Amma bu fondun deyəsən, kimlərçünsə birbaşa mənasından əlavə, xüsusi prestiji var.

Burada saxlanan kitabların adlarına baxanda görürsən ki, o qədər də nadir kitablar deyil, sadəcə konyukturaya uyğun kitablardır. Heydər Əliyev, Zərifə Əliyeva, Mir Cəlal Paşayev və bu sıradan başqaları haqqında yazılmış kitablar və disklər.

Bundan əlavə, Nadir Fonda qoyulan yeni kitabların müəllifləri vəzifələrinə görə seçilir.

Baş nazirin müavini, yazıçı Elçin, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu və başqa məmur yazıçıların yeni kitabları Nadir Fonda qoyulur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Fotolar

Çingiz Əlioğlu. Çərçivə
Çingiz Əlioğlu. Çərçivə

Zərifə Əliyeva haqqında kitab
Zərifə Əliyeva haqqında kitab

Elçin. Ustad Bülbül
Elçin. Ustad Bülbül

Elçin. Zərifə Əliyeva haqqında kitab
Elçin. Zərifə Əliyeva haqqında kitab

XS
SM
MD
LG