Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 11:00

Yekatrinburqda Yeltsin mərkəzi açılıb


Vladimir Putin və Dmitry Medvedev

Yekatrinburda Rusiyanın keçmiş prezidenti Boris Yeltsin adına mərkəz açılıb.

İnterfaksın məlumatına görə, açılış mərasimində prezident Vladimir Putin və baş nazir Dimitriy Medvedev iştirak edib, abidənin önünə əklil qoyublar.

Prezidentlə baş naziri Yeltsinin qızı Tatyana Yumasheva qarşılayıb.

Açılış mərasimində həmçinin vaxtilə Yeltsinlə işləmiş Rusiya rəhbərliyinin nümayəndələri, ölkə liderləri, habelə jurnalistlər və incəsənət xadimləri iştirak edib.

Prezidentlərin tarixi irsinin qorunması ənənəsi 1939-cu ildə ABŞ-da prezident Franklin Ruzveltin qərarı ilə qoyulub.

Söhbət prezidentin şəxsi əşyaları və rəsmi sənədlərini federal hökumətə verməkdən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG