-
Prezident İlham Əliyev «Azərbaycan Mərkəzi Bankı haqqında» Qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata çatdırılıb.
Sərəncama əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.