Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 15:08

“Yeddi keçi balası” göstəriləcək


-

Noyabrın 26-da Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı Kukla Teatrında “Şəngülüm, Şüngülüm” nağılının motivləri əsasında “Yeddi keçi balası” nağıl tamaşasını göstərəcək.

Tamaşanı Elşad Rəhimzadə səhnələşdirib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq kollektivləri arasında iki ildən artıqdır ki Musiqili Uşaq Teatrı fəaliyyət göstərir. Teatrda məşğul olan uşaqlar Azərbaycan və dünya nağılları əsasında hazırlanmış tamaşalarda iştirak edir.
Uşaq Teatrı bundan əvvəl “Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Yeni il gəlir” adlı tamaşa və kompozisiyalar nümayiş etdirib.

XS
SM
MD
LG