Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:31

Səyavuş Aslan gecəsi keçiriləcək


Seyavush Aslan
Seyavush Aslan

Yubiley mərasimi noyabrın 25-də, saat 19.00-da ünlü aktyorun uzun illər çalışdığı Milli Dram Teatrında baş tutacaq...

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yubiley mərasimi noyabrın 25-də, saat 19.00-da ünlü aktyorun uzun illər çalışdığı Milli Dram Teatrında baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yubiley mərasimində tanınmış sənət adamları Səyavuş Aslanın yaradıcılığından söz açacaq, xatirələrini danışacaqlar. Tədbirdə aktyorun çəkildiyi filmlərdən və oynadığı tamaşalardan səhnələr göstəriləcək.

Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG