-
Ermənistan paytaxtında 2 minə qədər adam konstitusiya islahatlarına etiraz olaraq aksiya keçirir. Onlar deyirlər ki, hakimiyyət bununla ölkəyə total nəzarət keçirmək istəyir.
Aksiyanı müxalif Erməni Milli Konqresi və İrs Partiyası təşkil edib.
Oktyabrın 5-də Ermənistan parlamenti ölkənin parlament respublikasına çevrilməsi üçün konstitusiya islahatları ilə bağlı referendum keçirilməsinə səs verib.
İslahatlardan sonra prezident birbaşa seçicilər tərəfindən yox, parlament tərəfindən seçiləcək.
Prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.
Ölkə başçısı Serzh Sarkisian-ın prezidentlik müddəti 2018-ci ildə bitir.