Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 04:17

Parisdə 3-cü şübhəlinin cəsədi tapıldı


Foto arxiv

Fransa polisinin Parisdə keçirdiyi reyd zamanı evlərdən birində 3-cü şübhəlinin meyiti aşkar edilib.

Prokurorluğun noyabrın 20-də yaydığı məlumata görə, qadının cəsədi noyabrın 19-da polisin Sen-Deni rayonunda keçirdiyi reyd zamanı aşkar edilib.

Amma onun şəxsiyyətinə aydınlıq gətirilmir.

Hadisə yerindən polisin reydi zamanı özünü partladan Hasna Aidbulaksinə (Hasna Aitboulahcen) məxsus pasport da tapılıb.

Onun bundan əvvəl keçirilən reyd zamanı öldürülən belçikalı əsas şübhəli Əbdülhəmid Ebaudun (Abdelhamid Abaaoud) əmiqi qızı olduğu bildirilir.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 nəfər ölüb.

XS
SM
MD
LG