Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 18:06

Şimali Koreya Cənubla danışmaq istəyir


Koreyaların sərhədində, arxiv fotosu

-

Pxenyan gələn həftə Cənubi Koreya ilə hərbləşdirilmiş sərhəd məsələsi üzrə danışıqlar təklif edir. Bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb.

KCNA noyabrın 20-də bildirib ki, Seula təklif göndərilib, noyabrın 26-da sərhəddəki Panmunjom kəndində görüş təklif olunub.

Frans Press-in məlumatına görə, Seul təklifi araşdırdığını bəyan edib.

İki ölkə avqustda razılaşıb ki, yüksək səviyyəli danışıqları bərpa etsin. Bu danışıqlar baş tutsa, yayda sərhəddə yaranmış gərginlikdən sonra ilk hökumət səviyyəli görüş olacaq.

Avqust razılaşmasından sonra, ötən ay 1950-53-cü illər Koreya müharibəsi zamanı ayrılmış ailələr görüşə bilib.

Eləcə də, Cənubi Koreya sərhəd boyunca təbliğat üçün istifadə etdiyi səsgücləndiriciləri söndürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG