Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 12:38

"Mançester Yunayted" in 72 faizi millidəndir


Wayne Rooney

Britaniyanın "Sky Sports" nəşri heyətində ən çox milli komandaların üzvləri olan klubları açıqlayıb.

20 klubun yer aldığı siyahının başında İngiltərənin "Mançester Yunayted" klubu gəlir.

Belə ki, bu klubun heyətinin 72 faizi yığma komandaların üzvləridir.

Moskvanın CSKA-klubu ikinci, Madridin "Real" klubu isə 3-cüdür.

Türkiyənin "Fənərbaxça" klubu 12-ci pillədə gəlir.

Siyahıda ümumilikdə İngiltərə 6, İtaliya 4, İspaniya 3, Almaniya 2, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Portuqaliya isə hərəyə 1 klubla təmsil olunur.

XS
SM
MD
LG