Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Paris terroru niyə Keniya terrorundan daha çox kədər verir?


2 aprel Kenyada terror
2 aprel Kenyada terror

- "Heç öz ölkəsinin yaxın tarixində ölənlər üçün bu cür kədərlənməyiblər, heç üçüncü dünya ölkələrindəki terror hadisələrinə belə üzülmürlər..."

Nərmin Kamal

Empatiyada ayrıseçkilik

Bu gün bir sıra ölkələrin ingilisdilli və rusdilli sosial şəbəkələrində bu suallar səslənir.

"Niyə Keniyada olanlara Parisdə olanlar qədər kədərlənmədik?"

“Niyə biz başqasının dərdinə üzülməyə belə ayrıseçkilik edirik. Bunlar adamdır, onlar yox?”

Bəziləri Keniya terrorunda ölən tələbələrin şəkillərini paylaşır və sual verirlər:

"Parisdəki qurbanlara niyə hamı kədərlənir, Afrikada tələbələrə qarşı o terror haqda isə heç çoxları eşitməyib?"

Özü də təkcə sosial şəbəkələrdə yox, mətbuat səhifələrində də.

Keniyada nə baş vermişdi? Orada bu il 2 apreldə bir əyalətin mərkəzində yerləşən universitetə (Garissa Universiteti) dərs vaxtı terror hücumu olmuş, xristian tələbələr öldürülmüş, müsəlmanlara isə toxunulmamışdı. Həmin terror hadisəsində 148 tələbə həyatını itirmişdi.

Paris terroruna birinci kütləvi reaksiya – güclü şok oldu. İkinci kütləvi reaksiya – kədər və həmrəylik, sosial şəbəkələrdə yas avatarları, Eyfel qülləsi və başqa fransız simvollarının paylaşılması. Üçüncü kütləvi reaksiya isə ikincini edənlərə ittihamlar.

İkinciləri ittiham edirlər ki, heç öz ölkəsinin yaxın tarixində ölənlər üçün bu cür kədərlənməyiblər, heç üçüncü dünya ölkələrindəki terror hadisələrinə belə üzülmürlər...

Bəlkə bunun səbəbini insan təbiətində axtarmaq laızmdır? Psixoloqdan soruşdum.

Paris. Terror qurbanlarının xatirəsinə düzülən əşyalar
Paris. Terror qurbanlarının xatirəsinə düzülən əşyalar

"İnsanlar elə qurulublar ki, empatiya, başqasının dərdinə şərik olmaq hissləri nə qədər güclü olsa, özlərini qurbanla o qədər asan eyniləşdirə bilirlər. Özlərini qurbanla eyniləşdirməksə qurban insanlara şəxsi, mədəni, coğrafi, informasiya və vaxt baxımından nə qədər yaxındırsa, o qədər asan olur."

Başqa sözlə, indi bu coğrafiyada yaşayanlar uzaq qitələrdə və hətta öz ölkələrində 25 il əvvəl olanlara görə yox, gündəlik həyatı həyatlarına daha çox oxşayan fransızlara görə üzülürlər.

Yuxarıda Keniya terrorundan söhbət açıldı. Artıq Keniya terroruna görə də kədər var. Çünki orada terror universitetdə olmuşdu. "Gələcəyini qurmaq üçün universitetdə oxuyan tələbə obrazı tanışdır, necə deyərlər, çoxları tələbə olub, bu səbəbdən başqa üçüncü dünya ölkələrində olan hər hansı terrordansa, Keniya üçün daha çox qan qaralır."

"Empatiya həm də virusdur, keçicidir." Kədərlənəndə hissləri ifadə etmək üsulunu insanlar bir-birindən götürürlər. Facebook avatarları kimi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG