Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Rauf Mirqədirovun məhkəməsi noyabrın 25-də olacaq


Məhkəmənin qarşısı.
Məhkəmənin qarşısı.

Hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun növbəti məhkəmə prosesi noyabrın 25-i 10:30-da davam etdiriləcək.

Vəkil Fuad Ağayevin AzadlıqRadiisuna verdiyi məlumata görə, prosesin ikinci hissəsində də müdafiə tərəfinin qaldırdığı vəsatətlərdən heç biri təmin edilməyib.

-

Noyabrın 18-də Rauf Mirqədirovun məhkəməsi başlayıb. Proses qapalı keçirildiyi üçün zala heç kəs buraxılmayıb.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

Məhkəmədə bir neçə vəsatət qaldırılsa da, heç biri təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna Rauf Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil Rauf Mirqədirovun səhhətinin normal olduğunu deyib.

Məhkəmə prosesi günortadan sonra şahid ifadələri ilə davam edəcək.

+++

Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi başlayıb.

Proses qapalı keçirilir.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

XS
SM
MD
LG