Parisdə 129 nəfərin ölümünə səbəb olan terror hücumlarını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib.
Bu, 29 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşı Omer İsmail Mostefaidir.
İstintaqın gedişində 80-dən çox adamın həyatını itirdiyi Bataclan konsert zalından Mostefainin qopmuş barmağı tapılıb. Onun atası və qardaşı saxlanılıb.
Mostefai Parisin 25 kilometrliiyndə yerləşən Courcouronnes qəsəbəsindəndir. Ailənin 6 uşağından biridir.
Fransa prokurorluğu terror hadislərinin bir-biri ilə əlaqədə olan üç ayrı qrup tərəfindən həyata keçirildiyini bildirib.
Terror hadisələrində yaralanan 352 nəfərdən 99-nun vəziyyəti ağırdır.