Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:28

Antalya G20 sammiti başlandı


Turkiyə arxiv fotosu

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində G20 (Böyük İyirmilik) Zirvə toplantısı başlayıb.

Sammitdə 12 dövlət başçısı, 11 baş nazir və 2 Avropa Birliyinin lideri iştirak edir. Tədbirə 500-ə yaxın iş adamı daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılacaq.
Toplantı ilə bağlı r Antalyanın Belek bölgəsi “təhlükəsiz ərazi” elan edilib.

Dünya liderlərinin təhlükəsizliyini 11 mini polis olmaqla, 12 min nəfərlik heyət qoruyur.

Sammitdə ABŞ prezidenti Barack Obama, Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz, Türkiyə prezidenti Receb Tayyib Erdogan, Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Liderlər dünyadakı iqtisadi və siyasi hadisələri müzakirə edəcək.

G20 sammitində Azərbaycanı İlham Əliyev təmsil edir.

Sammit noyabrın 16-da davam edəcək.

XS
SM
MD
LG