-
Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb.
Bu barədə APA məlumat yayıb.
Bildirilir ki, balıqçı Laçın Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.
Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi.
Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb.
Noyabrın 12-də isə İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.