Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 05:24

Makedoniyada hökumət təsdiqləndi


Makedoniya parlamenti

Makedoniya parlamenti noyabrın 11-də solçu müxalifətin də daxil olduğu hökumətin tərkibini təsdiqləyib.

Sosial-demokrat Oliver Spasovski daxili işlər naziri vəzifəsinə təyin edilib. Həmçinin əmək naziri vəzifəsi müxalifətə keçir.

Bundan başqa Kənd Təsərrüfatı və maliyyə nazirlikləri də daxil olmaqla 3 nazir müavini vəzifəsini Sosial-demokratlar tutacaq.

Belə bir razılaşma Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə iyulda əldə olunub.

Razılaşmaya əsasən hakim partiyandan olan baş nazir Nikola Gruevski yanvarın ortalarında istefa verəcək və aprelin 24-də vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

Müxalifət hökuməti polis, hakimlər, dini liderlər, jurnalist və xarici diplomatlar da daxil olmaqla qanunsuz telefon söhbətlərini dinləməkdə ittiham edir.

Amma baş nazir Gruevski ittihamı rədd edir və buna görə xarici casusları günahlandırır.

XS
SM
MD
LG