Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

«Aydan» «Sotheby’s» hərrac evində…


-

Aydan
Aydan

Dekabrın 1-də Londonun «Sotheby’s» hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə,hərracın əsas lotları arasında Tahir Salahovun «Aydan» əsəri də yer alıb.
Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.

«Sotheby's» hərrac evinin rəsmi məlumatında bildirilir ki, «Aydan» sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur.

«Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtilə Tokioda açdığı sərgisi üçün çəkib. «Aydan» əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb», - hərrac evinin rəsmi açıqlamasında bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG