Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 10:29

-

Rusiya prezidenti Vladimir Putin-in sözlərinə görə, ölkəsi NATO-nun raketdən müdafiə proqramına qarşı yeni müdafiə silahları yerləşdirəcək ki, bu qalxanı yarsın. Putin noyabrın 10-da müdafiə rəsmilərinə deyib ki, Birləşmiş Ştatlar Rusiya ballistik raketlərinə qarşı müdafiəni inkişaf etdirir və Rusiya üzərində “hərbi üstünlük” qazanmağa çalışır. Ancaq Moskva “istənilən raket müdafiəsini yarmağa qadir hücum sistemləri” hazırlayacaq.

Ukrayna böhranı səbəbindən Vaşinqtonla Moskvanın münasibətləri Soyuq Müharibə dövründən bəri ən aşağı həddə düşüb.

Rusiya illərdir NATO-nun ABŞ-ın rəhbərlik etdiyi raket qalxanından şikayətlənib. Vaşinqton məqsədin İran, Şimali Koreya kimi ölkələrin hücumundan qorunmaq olduğunu deyir. Putin deyib ki, “təəssüf ki, bizim narahatlıqlar, əməkdaşlıq təklifləri nəzərə alınmayıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG