Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 16:17

Obama, Netanyahu görüşüb


Barack Obama (sağda) və Benjamin Netanyahu, 9 noyabr, 2015-ci il

-

ABŞ prezidenti Barack Obama və İsrailin baş naziri Benjamin Netanyahu noyabrın 9-da Ağ Evdə görüşüblər. Onlar İranla yekun nüvə sazişi ilə bağlı fikir ayrılıqlarını yoluna qoymağa çalışıblar.

Obama görüşdən öncə deyib ki, hər iki ölkə İranın nüvə silahı əldə etməsini əngəlləmək istəyir, onların razılaşmadığı məsələ məhz həmin sazişin bunun öhdəsindən gəlib-gəlməyəcəyi barədədir.

Obama onu da deyib ki, hər iki ölkə İranın nüvə fəaliyyətinin Yaxın Şərqdə “sabitsizlik yaratmasını” önləməyə hazırdır.

“Bu məsələdə ümumi məxrəcə gəlməyin yollarını arayacayıq,” Obama deyib.

XS
SM
MD
LG