Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:08

Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O həmin idarədə şöbə rəisi idi.

Trend-in məlumatına görə, həmin idarədə Yol Patrul Xidmət Alayında Eskort və Müşayiət tağımında komandir vəzifəsində işləmiş polis məmuru Gəmşid Hənifəyev isə Səbail rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə rəis təyin edilib.

Polkovnik- leytenant Elşad Məmmədov isə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının Eskort və Müşayiət tağımına komandir təyin edilib.

Elşad Məmmədov bu vəzifədən əvvəl Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG