Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:02

Ermənistan vətəndaşı sərhəddə saxlanıb


Foto arxiv

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 8-də Qazax rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədini pozan 1942-ci il təvəllüdlü Lusine Abovyan müdafiənin ön xəttində Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Onun Ermənistanın Noyemberyan rayonu Şavarşavan kənd sakini olduğu bildirilir.

Məlumatda bildirilir ki, onunla beynəlxalq hüquq normaları çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirildikdən sonra o, qarşı tərəfə təhvil veriləcək.

XS
SM
MD
LG