De Nirodan Ağalarova ad günü mahnısı
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov noyabrın 8-də 60 yaşını qeyd edib.
“Qafqazinfo”nun məlumatına görə, tanınmışların qatıldığı ziyafətdə məşhur Hollivud aktyoru Robert De Niro Ağalarovun şərəfinə mahnı oxuyub.
Bakıda aksiya
Yeni Yasamal və Yeni Günəşlidə ayrı-ayrı şirkətlərin tikdiyi binalardan mənzil alanlar səhər açılandan axşamadək tikililərin qarşısına toplaşırlar. Şirkət rəhbərliyini tələb edirlər. Ancaq səslərinə səs verən yoxdur.
«Pullarımızı yeyib qaçıblar. 250 payçı qalıb ortalıqda... Şirkətlə bağlı tədbir görülməməsinin səbəbi odur ki, arxasında vəzifəlilər dayanır. Bu şirkətin tikdiyi binadan ev almış adamların ömrü körpə uşaqlarıyla bərabər kirayələrdə çürüdü. İndi ki, belə oldu, bizim də başqa yolumuz yoxdur, əlimizdən gələni edəcəyik ki, hökumətin diqqətini çəkək. Bəlkə bizə də bir gün ağlasın».
İranda təhqiramiz verilişə azərbaycanlılar etiraza qalxıb
İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq nümayişlər keçirilir.
Etirazların Təbriz, Xoy, Marağa, Zəncan və Tehran şəhərlərinə də yayıldığı bildirilir.
İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində nə deyiblər?
İrandan İbrahim Savalan AzadlıqLive-a deyir ki, belə verilişlər İranda ilk dəfə deyil ki, göstərilir. səslənir. Aksiyalarda nə tələb olunur? İran rəsmilərinin belə verilişə cavabı nədir?
Bu günki AzadlıqLive-da:
İranda azərbaycanılar televiziya verilişinə etiraza qalxdı
MTN kimi mühüm qurum niyə başsız qalıb? Ərəstun Oruclu deyir ki, Mahmudov dəstəsinin azı 200 üzvü işdən uzaqlaşdırılıb...
Dövlət Bayrağı günü Bakıda necə bayram edilir?
Tale Bağırzadə: "mübarizəmizi sivil şəkildə aparacağıq. ..Biz QHT-yik, dini təşkilat deyilik...maliyyəmiz sırf ianələrdəndir.""