İŞID-ə qarşı əməliyyatda 14 azərbaycanlı saxlandı
Türkiyədə İŞİD terrorçularına qoşulmaq istəyənlərə qarşı növbəti əməliyyat keçirilib. İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var. anspress xəbər verir ki, İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.
14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilir.
Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra başlayıb.
Rusiya Elmlər Akademiyasında partlayış
Moskvada Rusiya Elmlər Akademiyasının binasında partlayışda bir nəfər ölüb, bir nəfər də xəsarət alıb. TASS-ın məlumatına görə, Lenin prospektində yerləşən binanın zirzəmisində partlayış freon balonunun partlamasından olub. RİA Novosti isə bildirir ki, partlayış "mənfi 9-cu mərtəbədə olub". Bunu belə başa düşmək olar ki, partlayış yerin altında zirzəmidə 9-cu mərtəbədə olub.
Cinayətkar dəstəni ruhi xəstəxanadan idarə edirmiş
Qazaxıstanda polis mütəşəkkil cinayətkar dəstənin liderini həbs edib. Bu məlumatı informburo.kz saytı verir.
Ən maraqlısı odur ki, adı şərti olaraq Camaliev kimi göstərilən həmin şəxs cinayətkar dəstəni ruhi xəstələr üçün olan klinikadan idarə edirmiş.
Burda müalicə olunan Camaliev istədiyi vaxt xəstəxanadan çıxa da bilirmiş.
Tale Bağırzadə: Sivil mübarizə aparırıq
«Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcək» - bunu ilahiyyatçı, «Müsəlman Birliyi Hərəkatı» (MBH) təşkilatının sədri Tale Bağırzadə AzadlıqRadiosuna müsahibəsində deyir