Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 10:06
Pul karikatura
Pul karikatura

AzadlıqLive - Evindən 30 qutu dollar çıxan eks-nazir

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

19:06 11.11.2015

MTN-nin Əks Kəşfiyyat idarəsinin keçmiş şöbə rəisi həbs olundu

MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

18:41 11.11.2015

Sürücülər yeni ödənişə etiraza çıxıb

Rusiyada iritonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası təşkil ediblər. Bütün ölkə ərazisində keçən tətil aksiyasına demək olar ki, 20 şəhər qoşulub. Düz bir saat ərzində iritonnajlı yük maşınları yolların qırağına düzülərək minimal sürətlə hərəkət ediblər.

Novosibirsk yaxınlığında federal yolda 300-dən çox yük maşını yolun hər iki kənarı boyu bir kilometrə qədər məsafəni tutub.

Sürücülər yolun hər kilometrinə görə 1,53 rubl ödəniş qaydasına etiraz edirlər.

16:15 11.11.2015

"Məzənnəni sabit saxlamaq ciddi problemlər yarada bilər"

İqtisadçı ekspert Azər Mehtiyev AzadlıqRadiosuna müsahibəsində çətin günlər yaşayan manat üçün bundan sonra da çətin olacağını bildirib:

- Qarşıdan gələn dövr manat üçün çətinliklərin kifayət qədər artacağı dövrdür. Bu baxımdan, manatın məzənnəsini sabit saxlamaq ciddi şəkildə problemlər yarada bilər. Mərkəzi Bankın qarşısında duran məsələlərdən biri ya manatı bir müddət sabit saxlayıb bunun üçün müəyyən valyuta ehtiyatlarını qurban verməklə bir müddətdən sonra kəskin devalvasiyaya getmək, ya da manatın məzənnəsnə tədrici dəyişikliklər etmək, tənzimlənən üzən kurs siyasətinə keçməkdir. Son vaxtlar həm Mərkəzi Bankın bəyanatından, həm də Maliyyə Nazirliyinin, hökumətin yazışmalarından belə görünür ki, hökumət qarşıdakı dövrdə tənzimlənən üzən kurs siyasətinə keçməyə daha geniş yer verəcək. Bu baxımdan ola bilər ki, qarşıdan gələn dövr ərzində manatın məzənnəsində biz uzunmüddətli tədrici dəyişiklikləri görək. Bu, bir növ kəskin devalvasiyadan qaçmağa xidmət edən bir addım ola bilər.

16:12 11.11.2015

"Biz qaytara bilməsək, dövlət qaytaracaq"

Əmanətləri Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuatda Fondun sığorta ehtiyatlarının az olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, hazırda Fondun sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan iki dəfə çoxdur.

«Avropa standartlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0.8%-i qədər olmalıdır. Yəni, bu gün Azərbaycanda 7.3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki, bizdə bu rəqəm 109 milyon manatdır."

Azad Cavadov onu da əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: «Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq, Fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə də olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də yaxın dövrdə MDB-nin iki ölkəsində - Rusiyada və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmamışdı, dövlət əmanətçilərin pulunu qaytardı. Azərbaycanda da bunu etmək olar».

Davamı

XS
SM
MD
LG