Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 08:08
Pul karikatura
Pul karikatura

AzadlıqLive - Evindən 30 qutu dollar çıxan eks-nazir

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

13:59 11.11.2015

Mənzillər bir ildə 24 faiz ucuzlaşıb

Bu ilin oktyabr ayında Bakıda mənzillərin 1 kvadrat metrinin qiyməti 1568 dollar olub.

“MBA” konsaltinq və qiymətləndirmə şirkətinin məlumatına görə, bu, sentyabr ayı ilə müqayisədə 3,09% azdır. Son 1 ildə isə mənzillər 24,47% ucuzlaşıb.

Bakıda ən bahalı mənzillər Səbail rayonundadır – 1 kvadratmetri orta hesabla 2123 dollara. Digər rayonlarda isə qiymətlər 1000-2000 dollar arasında dəyişir.

1 kvadrat metr mənzil üçün Nəsimi rayonunda 1777 dollar, Nərimanovda 1650 dollar, Yasamalda 1583 dollar, Binəqədidə 1505 dollar, Nizamidə 1411 dollar, Xətaidə 1316 dollar, Sabunçuda 1150 dollar, Xəzərdə 1078 dollar, Qaradağda 1074 dollar, Suraxanı isə 1023 dollar ödəmək lazımdır.

Abşeron rayonunda isə qiymət orta hesabla 968 dollardır.

13:16 11.11.2015

"Muxtariyyət üstəgəl” – Qarabağ tənzimlənməsi üçün variant

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçmiş beynəlxalq vasitəçi, İsveç diplomatı Yan Eliasson hesab edir ki, münaqişənin həlli modeli “muxtariyyət üstəgəl” və ya “müstəqillik çıx” formulu ola bilər.

Turan-ın Vaşinqton müxbirinə müsahibəsində 1993-1994-cü illərdə Minsk qrupuna rəhbərlik edən, hazırda isə BMT Baş katibinin müavini olan Yan Eliasson bildirib ki, beynəlxalq prinsiplərə dayanmaq vasitəçilərə onların missiyasında ciddi dəstək verir. Amma Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqi prinsiplər (ərazi bütövlüyü və öz müqəddəratını həll etmək) ziddiyyət təşkil edir.
“Mən də ərazi bütövlüyünün tərəfdarıyam, amma siz hamı üçün məqbul olan status təklif etməlisiniz... Dağlıq Qarabağın gələcəyinə ümumi baxış olmalıdır. Bu baxış (status) tapıldıqda hər şey öz yerinə oturacaq”, deyən Eliasson Bakı və Yerevan arasında səmimi müzakirə zərurətini vurğulayıb.

“Siyasi liderlər başa düşməlidir ki, vəziyyət getdikcə daha təhlükəli hal alır, illərlə daha da pisləşəcək”, deyə o qeyd edib.

90-cı illərin əvvəllərində bu münaqişə üzrə vasitəçi işlədiyi dövrə toxunan Eliasson bildirib ki, həmin illərdə Qarabağ muxtariyyəti ətrafında müzakirələr tərəflərin tam əməkdaşlığı ilə açıq keçirilirdi.

13:05 11.11.2015

«Perspektivdə dindarların hakimiyyət uğrunda mübarizəsi var»

Bunu «Bizim Yol» qəzetinə müsahibəsində MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Ekspert deyib ki, dindarların fəal addımlar atması, siyasi tələblər irəli sürməsi indi başlayan yox, illərdir gedən bir prosesdir: «Şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və «ənənəvi müxalifət» adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür.

13:02 11.11.2015

Putinin qızları

Rusiya vəzifəlilərindən biri Reuters-ə bildirib ki, Katerina, Tixonova soyadından istifadə edir. Rusiyanın Gazprombank bankının sədr müavini Andrey Akimov deyib ki, Tixonova Putinin qızıdır.

Reuters bunu da öyrənə bilib ki, 29 yaşlı Katerina özünü həm də Kirill Şamalovun həyat yoldaşı kimi təqdim edir. Kirill Şamalov isə prezidentin köhnə dostu, Bank Rossiyanın səhmdarı Nikolay Şamalovun oğludur. ABŞ rəsmiləri Bank Rossiyanı Rusiya elitasının bankı adlandırırlar.

Reutersin maliyyə təhlilçisinin təxminlərinə görə Kirill və Katerinanın birgə sərvəti, haradasa 2 milyard dollar təşkil etməlidir.

Davamı

XS
SM
MD
LG