Rusiya televiziyasında Telman İsmayılovun iflası verilişi (video)
"Rossiya-1" televiziyasında “Vesti Nedeli” proqramının aparıcısı Dmitri Kiselyov Telman İsmayılovun müflis olmasına həsr olunan süjetində deyir ki, Telman İsmaylov atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlib. Satışdan əldə olunan gəlirlərlə o, borclarını bağlamağa çalışır.
Rusiyada da Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var.
Süjetdə göstərilir ki, bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.
Süjetdə deyilir ki, otel bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə təntənəli şəkildə istifadəyə verilmişdi. Açılış üçün xüsusi olaraq Misirdən 9 min ton dəniz qumu otelin yerləşdiyi əraziyə gətirilmişdi. Açılışda kino və musiqi ulduzları iştirak edirdi. Bu ulduzların hər biri, iddialara görə açılışda iştirak etdiklərinə görə 5 milyon dollar qonorar alıblar.
Kanalın hazırladığı sujetdə qeyd olunur ki, Telman İsmayılov öz imperiyasını Moskvanın bədnam ad çıxarmış “Çerkizov” bazarından gələn gəlirlər hesabına qurub.
Kiselyov deyir ki, Rusiyada varlanıb, xaricı gedənlər, sonra məlum olur ki, orda yalnız xərcləyə bilirlər, pul qazana bilmirlər.
Rusiya bankı VTB-nin rəsmisinin verdiyi məlumata görə, hazırda Telman İsmayılovun şirkətinin və zamin şəxslərin banka 230 milyon dollar borcu var. Bank rəhbərliyi onu məhkəməyə vermək məcburiyyətində qalıb. Mosvka məhkəmə pristavının icra vərəqəsinə görə, borcla əlaqədar Telman İsmayılovun Rusiyadakı daşınmaz əmlaklarına artıq həbs qoyulub. Bank Telman İsmayılovun iflasa uğradığını elan etməyini tələb edir.
Qadın idmançılar öz ölkələrinin qaydalarına uyğun geyinəcək
Bakıdakı İslam Həmrəylik Oyunlarında qadın idmançılar öz ölkələrinin qaydalarına uyğun geyimdə çıxış edəcək.
2017-ci ildə Azərbaycan paytaxtı növbəti dəfə beynəlxalq idman oyunlarına ev sahibliyi edəcək. Mayın 12-dən 22-dək Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzadlıqRadiosunun suallarına cavab verib.
Xeyriyyəyə verilən pula görə, Azərbaycan axırdan 23-cüdür
Dünyada xeyriyyəyə ən çox pul verənlər Myanmardadır. Bunun səbəbi Myanmarda dini icmaların güclü olmasıdır.
Britaniyanın Charities Aid Foundation təşkilatının hazırladığı hesabata görə, əhalisi xeyriyyəyə ən çox pul verən ölkələr arasında İkinci yerdə ABŞ, sonrakı yerlərdə Yeni Zelandiya, Kanada, Avstraliyadır.
145 ölkə arasında Azərbaycan, əhalisinin xeyriyyəyə verdiyi pula görə, 122-ci yerdədir. Keçmiş SSRİ respublikaları arasında Azərbaycandan geridə olanlar yalnız Rusiya (129) və Ermənistandır (138).
Azərbaycana səfərə görə moratorium çağırışları
Bir qrup ABŞ konqresmeninin Azərbaycana qalmaqallı səfərindən sonra Konqresə nəzarət qrupları yeni çağırış edib. Onlar Nümayəndələr Palatasının yeni spikeri Paul Ryan-ı yeni qaydalar qüvvəyə minənədək xaricə özəl mənbələrdən maliyyələşən səfərləri təxirə salmağa çağırırlar.