Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 11:41
Pul karikatura
Pul karikatura

AzadlıqLive - Evindən 30 qutu dollar çıxan eks-nazir

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

15:49 9.11.2015

Rusiya Elmlər Akademiyasında partlayış

Moskvada Rusiya Elmlər Akademiyasının binasında partlayışda bir nəfər ölüb, bir nəfər də xəsarət alıb. TASS-ın məlumatına görə, Lenin prospektində yerləşən binanın zirzəmisində partlayış freon balonunun partlamasından olub. RİA Novosti isə bildirir ki, partlayış "mənfi 9-cu mərtəbədə olub". Bunu belə başa düşmək olar ki, partlayış yerin altında zirzəmidə 9-cu mərtəbədə olub.

14:45 9.11.2015

İŞID-ə qarşı əməliyyatda 14 azərbaycanlı saxlandı

Türkiyədə İŞİD terrorçularına qoşulmaq istəyənlərə qarşı növbəti əməliyyat keçirilib. İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var. anspress xəbər verir ki, İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilir.

Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra başlayıb.

13:44 9.11.2015

Ən gənc general da yararsız hesab edildi

Azərbaycnın ən gənc generallarından biri tutduğu vəzifədən azad edilib.

aznews.az portalı yazır ki, 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib.

Bildirilir ki, V.Allahquliyev 2015-ci ilin mart ayının 27-də general-mayor rütbəsiylə təltif edilmişdi. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.

13:37 9.11.2015

Erməni kilsələrinə pulsuz qaz

«Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur».

Bunu ANS televiziyasına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidentinin sözlərinə görə, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb:

Davamı

XS
SM
MD
LG