Kilsə "Pravoslav interneti" təklif edir
Rusiya Pravoslav kilsəsi bildirib ki, kilsələr yaxınlığında və Moskva ətrafında ictimai yerlərdə əxlaqsız materiallardan təmizlənmiş, pulsuz “Pravoslav interneti” təklif edəcək.
Keşiş Roman Bogdasarov İzvestisiya qəzetinə deyib ki, pravoslav internetə təkcə dini saytlar daxil olmayacaq, “insanlara düzgün dəyərləri, ənənəvi əxlaqı, vətənpərvərlik, ailə və uşaqların qorunmasını aşılayan” filmlər də göstəriləcək.
İstifadəçilər homoseksuallıq barədə də heç nə tapa bilməyəcək.
“The Guardian” yazır ki, prezident Vladimir Putin-in hakimiyyətinin dördüncü dönəmi ənənəvi dəyərlərə qayıdış və internetə nəzarətin sərtləşdirilməsi ilə xarakterizə olunur.
Özünə 3 güllə vuran əsgər?
«Zəng vurdular, dedilər, «özünü gülləylə vurub». Meyiti açıb tökəndə gördük ki, kürəyində 3 güllə yarası var. Adam özünü kürəyindən 3 gülləylə necə vura bilərdi?»
Fikrət İsrailov Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə xidmət edən qardaşı oğlu, 19 yaşlı Məhəmməd Siraclının noyabrın 7-də qətlə yetirildiyini deyir. Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub: