Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 19:27

Onlara «dövlət qulluqçusu» statusu verilmədi


 Akif Əlizadə
Akif Əlizadə

-

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə hələlik baxılmır.

Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidentinin sözlərinə görə, bu məsələnin gündəmə gətirilməsi hələlik dayandırılıb. A.Əlizadə bunun səbəbini açıqlamayıb.

Trend-in əldə etdiyi məlumata görə, bunun əsas səbəbi dövlət qulluqçusu olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması üçün qoyulan yaş senzi ilə bağlıdır. «Dövlət qulluğu haqqında» qanuna görə, dövlət qulluqçuları üçün yaş senzi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun bu qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılması qadağandır.

5 AYA FİKRİNİ DƏYİŞDİ

«Trend» yazır ki, Akademiyada çalışanların böyük əksəriyyəti yaşlı insanlar olduğundan dövlət qulluqçusu statusunun elmi işçilərə şamil edilməsi sərfəli deyil. Buna görə də Akademiya müvafiq qurumlar qarşısında AMEA-nın elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldırmaq fikrindən daşınıb.

AMEA prezidenti, akademik A.Əlizadə bu ilin iyununda Trend-ə açıqlamasında müvafiq qurumlar qarşısında Akademiyanın elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldıracağını söyləmişdi: «Güman edirəm ki, müvafiq qurumlar buna müsbət yanaşacaq. Dövlət qulluqçusu statusunun verilməsinin elmi işçilərə stimul verəcək. Dövlət qulluqçusu statusunu əldə edən şəxslərə dövlət tərəfindən bəzi imtiyazlar verilir. Əgər elmi işçilər dövlət qulluqçusuna bərabər tutulacaqsa, bu bizim yaşlı alimlərimizin təqaüdlərinin artmasına da imkan verəcək».

XS
SM
MD
LG