Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

İlham Əliyev Tbilisidə bəyanat verdi


İlham Əliyev və Giorgi Margvelashvili
İlham Əliyev və Giorgi Margvelashvili

-

Noyabrın 5-də Tbilisiyə rəsmi səfərə gedən prezident İlham Əliyev deyib ki, Azərbaycanda keçirilən parlament seçkisindən sonra ilk dəfə Gürcüstana gəlməsi onun bu ölkə ilə əlaqələrinə ciddi önəm verdiyini göstərir.

İlham Əliyev deyib ki, Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə imzaladıqları birgə bəyannamədə inkişaf perspektivləri əksini tapıb: «Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır».

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Gürcüstanla enerji və nəqliyyat layihələrinin həyata keçməsi üçün iradə ortaya qoyduqlarını deyib: «Xüsusilə, «Cənub» qaz dəhlizi ki, bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi, bu gün «Cənub» qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. «Cənub» qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. «Cənub» qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur».

Prezident Giorgi Margvelashvili də bildirib ki, o, İlham Əliyevlə iki ölkəni birləşdirən strateji əməkdaşlıq barədə söhbət ediblər: «Biz Birgə Bəyannaməni imzaladıq. Bu da öz növbəsində bizim təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində əlaqələrimizin genişlənməsinə töhfə verəcək».

XS
SM
MD
LG