Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

“Rusiya Suriyaya quru qüvvələri yerləşdirir”


Victoria Nuland

-

Rusiya Homs və Hama şəhərləri yaxınlığındakı döyüş zonalarına ağır artilleriya və digər quru qüvvələri yerləşdirir. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland deyib.

Nuland-ın sözlərinə görə, Moskvanın Suriyaya hava kampaniyası gündə 2-4 milyon dollara başa gəlir. Nuland dinc yaşayış məskənlərinin də vurulmasını “mənəviyyatsızlıq” adlandırıb.

Nuland noyabrın 4-də Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində çıxış edib.

ABŞ təhlükəsizlik rəsmiləri və müstəqil ekspertləri noyabrın 4-də Reuters agentliyinə deyiblər ki, hazırda Rusiyanın Suriyada 4 min əsgəri var.

Moskva onillərdir prezident Bashar al-Assad rejiminə hərbi dəstək verir, ancaq qüvvələrinin sayı barədə məlumat açıqlamayıb. Sentyabrın 30-da Suriyaya hava zərbələrinə başlayanda isə, Pentaqonun hesablamalarına görə, bu ölkədə 2 min hərbçisi vardı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG