Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:05

Rusiyanın xarici işlər naziri Sergei Lavrov BMT-nin rəhbərliyi ilə keçiriləcək sülh danışıqlarında iştirak edəcək Suriya müxalifət qruplarının siyahısı ilə bağlı razılığa gəlməyə çağırıb.

O noyabrın 4-də Moskvada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşdə təkid edib ki, müxalifət Dəməşqlə danışıqlar aparmaq üçün birgə nümayəndə heyəti yaratmalıdır.

Mistura isə Dəməşqdə keçid hökuməti yaradılmasının vacibliyini qeyd edib.

Oktyabrın 30-da Vyanada 17 ölkənin diplomatı razılığa gəliblər ki, sülh danışıqlarına BMT vasitəçilik etsin.

Amma prezident Bashar Assadın taleyi ilə bağlı tərəflər arasında hələ də fikir ayrılığı var.

Moskva ilə Tehran hesab edir ki, Assad keçid hökumətinin tərkib hissəsi olmalıdır.

Qərb isə hesab edir ki, o getməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG