Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

İlham Əliyev Zaqataladan Şəkiyə gedib


İlham Əliyev

-

Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb.

APA-nın xəbərinə görə, səfərə Zaqatala rayonundan start verilib. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.

Daha sonra prezident Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılışına qatılıb.

İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışını edəcək.

XS
SM
MD
LG