Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:31

Obama büdcə qanununu imzalayır


Barack Obama büdcə qanununu imzalayır

-

Noyabrın 2-də ABŞ prezidenti Barack Obama Konqresin ötən həftə qəbul etdiyi iki illik büdcə qanununu imzalayıb. Bununla da ABŞ hökumətinin defolt təhlükəsi aradan qalxıb.

Ağ Evdə keçirilən qısa imzalama mərasimində Obama deyib ki, deputatlar hələ dövlət idarələrinin xərcləmələri üzrə layihələri qəbul etməlidirlər. Ancaq prezident ümidini bildirib ki, bu, vaxtında həyata keçiriləcək və dövlət son anda hökumətin bağlanması təhlükəsindən xilas olacaq.

Noyabrın 3-dək ABŞ hökuməti maliyyə öhdəliklərini razılaşma olmadan defolt elan edə bilərdi.

Ancaq imzalanmış qanunla hökumətin borc limiti 2017-ci ilin martınadək qaldırılır. Bu məsələyə bir də gələn ilin prezident və Konqres seçkilərindən sonra baxılacaq.

İmzalanmış qanun 2016-2017-ci illər üçün federal büdcə müəyyənləşdirilir, xərcləmələrə qoyulan sərt limit isə əlavə 80 milyard dollar ayrılmaqla yüngülləşdirilir.

Bu məbləğ hərbi və yerli proqramlar arasında paylaşdırılır.

XS
SM
MD
LG