Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:29

Müstəqil teatrın məhkəmə, vergi və icarədara borcu yığılıb


Elmin Bədəlov
Elmin Bədəlov

- Oda və ADO teatrları bağlana bilər

Ölkənin yeganə müstəqil teatrları, gənclər arasında populyar olan Oda və ADO fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Bu barədə teatrların rəhbəri Elmin Bədəlov deyib.

E.Bədəlovun sözlərinə görə, hazırda maliyyə sıxıntısı üzündən teatrların taleyi sual altındadır:

“Artıq o həddə çatmışıq ki, teatrları bağlamaq haqda düşünürük. İki min manata yaxın borclarımız var. Bunların içində məhkəmə, vergi və yer sahibinə olan icarə haqqı borclarımız yığılıb.

Teatrın stullarını satışa çıxardıq, ancaq alan olmadı. Qalmışıq belə, bilmirik neyləyək. Bircə ümidimiz tamaşaçılarımızadır. Necə ki, onlar bizim teatrı üç ildir yaşadırlar, bundan sonra da bizi onlar yaşada bilər”.

Oda və ADO teatrları öz tamaşaçılarına da müraciət edib:

“Bizə ən böyük dəstək tamaşaçıların daimi olaraq tamaşalarımızda iştirakıdır. Tamaşaçılarımıza müraciət edərək bildirdik ki, tamaşalarda iştirak sayını artıra bilərlər.

Bundan əlavə, hər tamaşaçı özü ilə bir dostunu, tanışını tamaşamıza dəvət etsə, bu da böyük dəstək olacaq. Biz inanırıq ki, insanlar yeganə müstəqil teatrları olan Oda və ADO-nu xilas edəcəklər”.

Qeyd edək ki, Oda Teatrı 2013-cü ildə, ADO Teatrı isə bir neçə ay bundan öncə yaranıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG