Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Seçkilər MDB-dən yüksək qiymət aldı


MDB
MDB

-

«Seçkidə xırda qüsurlar var idi».

Bunu MDB müşahidə missiyasının rəhbəri Sergei Lebedev noyabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib.

Qafqazinfo-nun yaydığı xəbərə görə, S.Lebedev deyib ki, müşahidələrdə Ukrayna və Ermənistan nümayəndələri iştirak etməyib:

«Hər şey yaxşı idi. Keçən seçkilərə nisbətən budəfəki seçkilər daha yaxşı, savadlı şəkildə keçirildi. Sadəcə, bir qədər xırda qüsurlar var idi. Mən özüm 10 məntəqədə seçkini müşahidə etdim. Qüsurlar ondan ibarət idi ki, məsələn, bir ailədən biri başqasının yerinə səs verib, maarifləndirici məlumatlar bir qədər az idi. Ancaq nümayəndələr pozuntulara anında müdaxilə ediblər».

Seçici aktivliyinin də yüksək olduğunu deyən S.Lebedev qeyd edib ki, Azərbaycandakı seçki MDB məkanında ən yaxşılardandır.

MDB ölkələrinin mərkəzi seçki komissiyalarının sədrləri və deputatlarından ibarət 147 nümayəndə Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərini müşahidə edib.

XS
SM
MD
LG