Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 12:38

İpoteka faizləri azaldılacaq


Samir Şərifov

"Bu il ipotekanın genişləndirilməsi məqsədilə ayrılması nəzərdə tutulan əlavə vəsaitin yeni yaradılmış səhmdar cəmiyyət ("Azərbaycan İpoteka Fondu" ASC - red.) vasitəsi ilə əhaliyə səmərəli çatdırılması istiqamətində işlər aparılacaq".

Bunu "APA-ya maliyyə naziri Samir Şərifov bildirib.

Nazir İpoteka kreditləri üzrə faizlərin aşağı salınmasını istisna etməyib və hazırda bu məsələnin araşdırıldığını bildirib.

"Şübhəsiz, çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin, uyğun olsun. Digər tərəfdən, biz bazarda yaranmış vəziyyəti də nəzərə almalıyıq. Yəni, bunlar arasında müəyyən bir kompromis tapılmalıdır. Hesab edirəm ki, münasib faiz dərəcələri tapılacaq"-deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, ipoteka kreditlərinin məbləğinin artırılması istiqamətində də addımlar atılması planlaşdırılır.

XS
SM
MD
LG