ABŞ prezidenti Barack Obama Suriya üsyançılarına məsləhət vermək üçün bu ölkəyə kiçik hərbi heyət göndərəcək.
Qərbin informasiya agentlikləri adı çəkilməyən ABŞ rəsmisinə istinadla xəbər verir ki, Suriyanın şimalında azı 50-dək xüsusi qüvvələr yerləşdiriləcək.
Bu qüvvələr İslam Dövləti qrupu ilə mübarizə aparan yerli qüvvələr və beynəlxalq koalisiyaya məsləhət verəcəklər.
ABŞ həmçinin F-16 və A-10c təyyarələri də daxil olmaqla Türkiyədəki İncirlik bazasına əlavə təyyarələr göndərəcək.
Qeyd edək ki, bu qərar Rusiyanın 1 aydır ki, Suriyada hava əməliyyatlarına başlamasından sonra qəbul edilib.
Oktyabrın 30-da Vyanada Suriya münaqişəsi ilə bağlı beynəlxalq sammit keçirilib.
Görüşdə 17 ölkənin xarici işlər nazirləri iştirak edib.
Tərəflər 2 həftə ərzində daha bir görüş keçirmək razılığına gəliblər.