UEFA 2015-2016-cı il mövsümündə Çempionlar və Avropa Liqası turnirlərində iştiraka görə Azərbaycanın “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klublarına vəsait ayırıb. Bu barədə AFFA məlumat yayıb.
Vəsaitlər aşağıdakı kimidir:
“Qarabağ” – 950 000 avro
“Qəbələ” – 630 000 avro
“İnter” – 630 000 avro
“Neftçi” – 200 000 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait qaydaya əsasən birbaşa həmin klubların hesabına köçürülür.
Amma AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” hesabına köçürüləcək.