Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Belarusa sanksiyalar dörd aylığa dayandırıldı


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

-

Avropa Birliyi Belarusa qarşı əksər sanksiyaları rəsmi olaraq dörd aylığa dayandırmaq qərarını verərkən «münasibətlərin yaxşılaşması»na istinad edib.

Oktyabrın 29-da AB sözçüsü deyib: «Bu qərar avqustun 22-də bütün siyasi məhbusların azad edilməsinə cavab olaraq və Avropa Birliyi ilə Belarus arasındakı münasibətlərin yaxşılaşması kontekstində qəbul edilir».

Bəyanatda həmçinin deyilir ki, AB Belarusda demokratiya və insan hüquqlarının vəziyyətini yaxından izləməyə davam edəcək.

«Qara siyahı»da olan 174 belarusludan 170-nin hesablarının dondurulmasına son qoyulacağı və onlara qarşı viza qadağalarının aradan qaldırılacağı gözlənilir. 14 şirkətə qarşı məhdudiyyətlərin götürüləcəyi də bildirilir.

Sanksiyalar yalnız 1999-2000-ci illərdə Belarusda üstü açılmamış yoxaçıxmalarda əli olan dörd nəfər üçün qüvvədə qalır. AB-nin Minskə qarşı silah embarqosu da davam edəcək.

Sanksiyaların dayandırıldığı bu dörd ay müddətində AB Belarusda inkişafı izləyəcək və qərarını nəticələrə uyğun olaraq verəcək. Alyaksandr Lukashenka rejimi tərəfindən yeni hüquq pozuntusuna yol verilərsə, sanksiyalar uzadılacaq.

83 FAİZ SƏSLƏ 5-Cİ DƏFƏ...

Lakin martın əvvəlində sanksiyaların tamamilə aradan qaldırılması da mümkündür. Bunun üçün AB üzvü olan 28 dövlətin hər birinin buna razılıq verməsi lazımdır. AB mənbələri isə Azadlıq Radiosuna deyiblər ki, hazırda bunun baş verəcəyini güman etmirlər.

Belarusun 1993-cü ildən bəri hakimiyyətdə olan Lukashenka bu ayın əvvəli Qərb müşahidəçilərinin qeyri-azad və qeyri-ədalətli kimi dəyərləndirdikləri seçkidə səslərin 83 faizini toplamaqla beşinci müddətə prezident seçilib.

AB uzun müddət sanksiyaların yüngülləşdirilməsi üçün Lukashenka-nın siyasi məhbusları buraxmasını tələb edib.

Sanksiyalar ilk dəfə 2010-cu ilin dekabrında Belarusda keçirilən, saxta olduğu deyilən prezident seçkisindən sonra başlamış təqiblər zamanı tətbiq edilmişdi. Ancaq bu il Brüssellə Minsk arasında münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

AB Belarusun avqustda siyasi məhbusları azad etmək qərarını alqışlayıb və Lukashenka-ya şərqi Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda vasitəçiliyinə görə təşəkkür edib.

Bu il AB və Belarus rəsmiləri insan haqları üzrə dialoq təşəbbüsü ilə çıxış ediblər. Hərçənd, danışıqlar hələ konkret nəticə verməyib.

Tərəflər həm də viza prosedurları ilə bağlı razılaşmanın son mərhələsindədirlər. Yeni prosedurlar belaruslulara AB-nin Şengen zonasına daha asan və daha ucuz səyahət etməyə imkan verəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG