Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

“Volkswagen” 3,5 milyard itirib


Foto arxiv

Almaniyanın “Volkswagen” avtomobil konserni son onillikdə ilk dəfədir ki, milyardlarla itki verdiyini bəyan edib.

Buna səbəb Konsernin dizellə işləyən avtomobillərində havanın çirklənməsini gizlədən cihaz ətrafındakı qalmaqal olub.

Konsern buna görə 2015-ci ilin 3-cü rübündə ümumilikdə 3,5 milyard avro itirib ki, bu təmiz 1,67 milyard itki deməkdir.

Ötən ilin eyni dövründə konsern 3,3 milyard gəlir əldə etmişdi.

“Volkswagen” şirkəti buna görə, 11 milyon müştərisinə müvafiq kompensasiya ödəməlidir və hazırda bunun üzərində iş gedir.

XS
SM
MD
LG