-
İlham Əliyev Səttar Mehbalıyevin «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oktyabrın 28-də verilən sərəncamda bildirilir ki, o bu mükafata Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafı sahəsində səmərəli fəaliyyətinə görə layiq görülüb.
Səttar Mehbalıyev 1991-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.
Milli Məclisin üzvüdür.
Prezident onu «Şöhrət ordeni» ilə də təltif edib.