Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:06

Ukraynanın "Dnepr" klubunun bombardiri Yevgeni Seleznyov Azərbaycanın "Qəbələ" klubuna keçə bilər.

Bu barədə "Sportanalytic" nəşri məlumat yayıb.

Məlumata görə Qəbələnin ukraynalı baş məşqçisi Roman Grigorcuk ona şəxsən dəvət göndərib.

Seleznyovun Dneprlə müqaviləsi 2016-cı ilin yayında başa çatır və, klub ona yeni müqavilə təklif etməyib.

Buna görə də futbolçu özünə yeni klub axtarır.

Məlumatlara görə onunla Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da maraqlanır.

Qeyd edək ki, Yevgeni Seleznyov bu mövsüm Ukrayna çempionatı və Avropa Liqasında 12 qol vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG