Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Dövlət TV-si mərhum dissidentin görüntüsünü silib


Ali Khamenei (soldan 2-ci) və Hossein Ali Montazeri (sağdan 2-ci)
Ali Khamenei (soldan 2-ci) və Hossein Ali Montazeri (sağdan 2-ci)

-

İran dissidenti ayətulla Hossein Ali Montazeri-nin ölümündən altı il ötür.
İslam Cümhuriyyətinin qurucularından sayılan Montazeri sonradan bu cümhuriyyətin ən kəskin tənqidçisinə çevrilmişdi. 2009-cu ildə 87 yaşında öz əcəli ilə keçinən dissidentin, görünür, ölüsü də İranın dövlət aparatını əsəbiləşdirməyə qadirdir.

İranın dövlət televiziyası bu ölkənin keçmiş ali dini rəhbəri Khamenei-nin 1984-cü ildə Cümə namazındakı çıxışınınvideosunu göstərən reportajdan Montazeri-nin görüntüsünü silib. Montazeri bir neçə il boyunca ev dustağı olub.

Nitqin orijinal, montajsız videosunda Montazeri-nin şəkli İslam Cümhuriyyətinin banisi ayətulla Ruhollah Khomeini-nin portreti ilə yanaşı durur.

Oktyabrın 25-də dövlət televiziyasında göstərilmiş reportajda isə Montazeri-nin portreti «yoxa çıxıb».

Çıxışın səsləndiyi vaxtlar Montazeri Khomeini-nin potensial varisi sayılsa da, birbaşa fikirləri və hüquq pozuntularını tənqid etməsi onun təqibi və ev dustaqlığı ilə nəticələndi.

Hossein Ali Montazeri
Hossein Ali Montazeri

2009-cu ildə Montazeri o dönəmlərdə Mahmoud Ahmadinejad-ın yenidən prezident seçilməsini istəməyən müxalifət hərəkatının ruhani atası kimi tanınmış və seçkisonrası pozuntuları lənətləyərək, etiraz hərəkatına birbaşa dəstəyini bildirmişdi.

RAFSANJANI-Nİ DƏ «SİLİBLƏR»

İranın bəzi xəbər saytları və sosial media istifadəçiləri dövlət televiziyasının Montazeri-nin görüntüsünü senzuraya məruz qoymasını qabardaraq, onun senzuradan əvvəlki və sonrakı görüntülərini paylaşıblar. Beləcə, senzura olayı açığa çıxıb.

Ötən il İran prokurorları islahat tərəfdarı olan «Ruzan» gündəlik qəzetinin nəşrinin dayandırılmasına qərar vermişdilər. Baş redaktor bu qərarı qəzetin 20 dekabr buraxılışında Montazeri haqqında yazını manşetə çıxarmasına bağlamışdı.

Akbar Hashemi Rafsanjani və Ali Khamenei
Akbar Hashemi Rafsanjani və Ali Khamenei

Ölkədə əksəriyyətin əsas xəbər və məlumat mənbəyi olan İran dövlət televiziyası senzura əməlləri və təbliğatı ilə tanınır.

Oktyabrın əvvəlində dövlət televiziyası İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani-nin internet səhifəsində Rafsanjani-nin görüntüsünü silməkdə ittiham edilmişdi. Söhbət keçmiş prezidentin sentyabrda gerçəkləşdirdiyi Həcc ziyarəti zamanı həlak olmuş iranlı zəvvarların xatirəsini yad etdiyi görüşün videosundan gedirdi.

İran mediası, Rafsanjani də aralarında olmaqla, yüksəkvəzifəli dövlət rəsmilərinin oktyabrın 5-də görüşdüklərini xəbərləyib. Rafsanjani-nin rəhbərlik etdiyi Şuranın internet səhifəsi də onun tədbirdə Khamenei-nin yanında oturmuş şəkillərini dərc edib. Khamenei-nin özünün saytında da Rafsanjani-nin, ən azı, bir şəklini görmək olar.

Rafsanjani 2009-cu ildə seçkisonrası sərt tədbirləri tənqidə tutaraq, mühafizəkarların qəzəbinə tuş gəlmiş, 2011-ci ildə isə onun internet səhifəsi müvəqqəti blok edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG