AzadlıqLive TV-də:
Nazirlikdə yenə həbs, R.Mehdiyev Xədicə maykası haqda, sərxoş beynəlxalq müşahidəçi
Prezident 17 yaşlı qızı ölümdən xilas etdi
Oktyabrın 26-da Cənubi Amerikadan Fransaya uçan təyyarədə 17 yaşlı fransız qızın halı pisləşib. O, tərkibində araxis olan salat yeyib və onda ağır allerqiya başlanıb. Telegraph qəzeti yazır ki, qızın nəfəsi gəlməyəndə, anası təyyarənin kapitanına, kapitan isə sərnişinlərə müraciət edib ki, "aranızda həkim varsa, kömək edin".
Köməyə 75 yaşlı bir kişi gəlib. O, qıza venadaxili iynə vurub və hər köməyi göstərib. Məlum olub ki, qızı ölümdən xilas edən bu kişi Uruqvayın indiki prezidenti Tabare Vazquezdir. O, Fransaya rəsmi səfərə gedirdi.
Uruqvay prezidentinin həkimi deyir ki, prezident artıq 3-cü dəfədir ki, təyyarə reysində kömək göstərir. Vazquez sol koalisiyanın nümayəndəsidir. O, Uruqvay universitetinin tibb fakultəsini bitirib. Onkoloqdur.
Bu hadisədə iki maraqlı cəhət var: 1-cisi, prezident ekonom klassla uçur, 2-cisi, prezidentlikdən başqa da əlindən nəsə gəlir.
Keçmiş nazirin hesabları donduruldu
İsveçrədə hakim dairələrin Rusiyanın keçmiş Kənd Təsərrüfatı naziri Yelena Skrynnik-in nəzarət etdiyi yerli hesabları dondurduğu bildirilir. Bu addımın çirkli pulların yuyulması barədə iddialara əsasən aparılan təhqiqatın bir hissəsi olduğu qeyd edilir.
Oktyabrın 28-də Rusiya mətbuatı İsveçrə prokurorluğunun adını çəkmədiyi işçisinə istinadən Skrynnik-in adına açılmış, ümumi həcmi 61 milyon dollara qədər olan hesabların dondurulduğu xəbərini yayıb.
Bildirilir ki, 2007 və 2012-ci illər arasında bu hesablara 140 milyon dollara qədər şübhəli maliyyə vəsaiti köçürülüb.
Skrynnik 2009 – 2012-ci illərdə Kənd Təsərrüfatı naziri postunu tutub. O hazırda Fransız Rivyerasında yaşayır.
Cənub bölgəsini sel basıb
Azərbaycanın cənub bölgəsində - Lənkəranda, Masallıda və Astarada aramsız yağışlar nəticəsində bəzi kəndləri sel basıb.